Gəncə şəhər stadionunun yenidən qurulması davam edir.

Rekord.az xəəbr verir ki, tikinti işləri son fazaya qədəm qoyub.

Hətta bəzi sektorlarda oturacaqların quraşdırılmasına da başlanılıb. Açılıb-bağlanan plastik oturacasqlar "Kəpəz"in rənglərinə uyğun olaraq, "göy-sarı" rəngdə olacaq. Stadionunun  tutumuna gəlincə, əldə etdiyimiz son rəsmi rəqəm 15299 nəfərdi.  Buraya 26 nəfərlik rəsmi heyət yeri, 160 nəfərlik VVİP və 798 nəfər VİP də daxildi.  Sırf azarkeşlər üçün tutum sayı 14315 nəfər nəzərdə tutulub.