Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 7-ci turu çərçivəsində UNEC və “Gəncə” komandaları üz-üzə gəlib.

UNEC VK-nın idman zalında təşkil olunan matç gərginliyi ilə yadda qalıb. Meydan sahibləri irəli keçsələr də Gəncə təmsilçisi növbəti iki seti aktivinə yazdırıb və oyunun taleyinə tay breykdə aydınlıq gəlib. Həlledici hissədə da təşəbbüs qonaqlarda olub. Beləliklə, möhtəşəm geridönüş edən "Gəncə" 3:2 hesabı ilə qələbə qazanıb.


Yüksək Liqa

18 dekabr 

VII tur

   “UNEC” – “Gəncə” 2:3 (25:18, 25:14, 22:25, 23:25, 7:15)