Voleybolçu qadınlardan ibarət "Gəncə" klubunun yeni baş məşqçisi müəyyənləşib. "Rekord.az" xəbər verir ki, komanda braziliyalı mütəxəssis Rafael Petri ilə müqavilə imzalayıb.

44 yaşlı çalışdırıcı bir mövsüm Gəncə təmsilçisini çalışdıracaq. Rafael Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.

O, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına da rəhbərlik edib. 2020-2022-ci illərdə isə Meksika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Mütəxəssis Peru təmsilçisi “Alianza Lima” klubunu ölkə çempionu edib.