Qadın voleybolçulardan ibarət "Gəncə" klubu baş məşqçi Sergey Çasnavitski ilə yollarını ayırıb. "Rekord.az" xəbər verir ki, belaruslu mütəxəssis Gəncə təmsilçisini Yüksək Liqada çıxış etdiyi hər iki mövsümdə çalışdırıb. 

Ötən il liqada 4-cü olan komanda bu il də eyni nəticəni göstərib. S.Çasnavitski bu mövsüm komandaya, həmçinin ölkə kubokunda gümüş medal qazandırıb.