Bu gün Gəncə idmanı üçün əlamətdar gündür.

Rekord.az xəbər verir ki, şəhərin basketbol komandası ölkə çempionatında oyuna çıxır.

Hadisəni əlamətdar edən isə gəncə basketbolçularının uzun müddətli fasilədən sonra doğma Gəncədə ev oyununa çıxmasıdır. Gəncəlilər "AAAF Xırdalan" komandasını qəbul edəcək, oyun saat 19:00 da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.