
Gəncə İcra Hakimiyyəti sponsor məsələsini yaxasını kənara çəkib
- 28 Mar 2023 18:00
- 526
"Kəpəz"ə sponsor tapılması düyünə düşüb.
Rekord.az-a daxil olan məlumata görə, Futbolun İnkişaf Fondunun (FİF) təşəkkübü ilə Gəncədə yerli iş adamları ilə görüş keçirilsə də, bunun müsbət nəticəsi yoxdur.
Çünki icra hakimiyyəti tərəfindən atılmalı olan bəzi addımlatr var ki, şəhər rəhbərliyi yaxasını kənara çəkir. Yəni lazımı dəstəyi göstərmir. Çünki yerli iş adamları komandaya dəstək qarşılığında özləri də müəyyən dəstək, güzəşt və imtiyazlar istəyirlər. Şəhər rəhbərliyi isə bunu etmək istəmir. Təbii ki, dəstək, güzəşt görməyən heç bir iş adamı da komandaya pul ayırmaq istəməyəcək.