
Gəncə Futbol Akademiyası bu il hazır olmayacaq
- 16 Noy 2022 14:00
- 709
AFFA-nın maliyyə yardımı ilə Gəncədə futbol akademiyasının tikintisi davam edir.
Lakin Rekord.az xəbər verir ki, işlər bir qədər ləng gedir.
Yəni bu sürətlə bazanı öncədən deyilən vaxtda təhvil vermək mümkün olmayacaq. Ümumiyyətlə, daxil olan məlumata görə bazanın bu ilin sonunda yox, növbəti ilin may ayında istifadəyə verilməsi gözlənilir.