"Gəncə" amerikalı basketbolçu ilə gücləndi
- 15:20
- 39
"Gəncə" daha bir basketbolçunu heyətinə cəlb edib.
Rekord.az bu barədə kluba istinadən xəbər verir.
ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək.
23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.