Gənc oyunçular millimizin məşqində olublar
- 22:55
- 34
Qadınlardan ibarət millimiz Avropa çempionatına hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamızın bugünkü məşqində gənclərdən ibarət yığma komandamızın üzvləri də iştirak ediblər.
Milli Gimnastika Arenasında keçirilən məşq zamanı gənc voleybolçular əsas milli komandamızla birlikdə məşq ediblər. Daha sonra milli komandamızın üzvləri gənclərə peşəkar voleybolçu olmaq yolunda tövsiyələrini verib və Avropa çempionatı üçün xüsusi hazırlanmış köynəkləri onlara hədiyyə ediblər.
Gənc voleybolçular da bir neçə gün sonra start götürəcək Avropa çempionatında milli komandamıza uğurlar arzulayıblar.