Gənc cüdoçuların komanda yarışları keçirildi - İlk dəfə
- 01 Mar 2020 14:42
- 1054
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində gənc cüdoçular arasında qarışıq komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, gənclərin komanda yarışları ilk dəfə təşkil olunub.
Kişilər 73, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 48, 57, 63 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar. Yekunda "Judo club 2012" komandası bütün görüşləri qalib başa vuraraq Azərbaycan çempionatının qızıl medallarını qazanıb. "Atilla" 2-ci, "Sumqayıt" klubu isə 3-cü yeri tutub. Qaliblərə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar təqdim olunub.