Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.

Rekord.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar. 

Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliyadakı yarışı 3-cü yerdə başa vurublar. 

Beləliklə milli komandamız Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb.

Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl və Nəriman Mirzəyev (66 kq) bürünc medala layiq görülmüşdü.

Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.