Gədəbəydə stolüstü tennis üzrə rayon birinciliyi keçirilib
- 09 Okt 2023 11:15
- 410
Gədəbəy rayon İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən 2011-ci il təvəllüdlü oğlanlar arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışda Gədəbəy rayon Respublika Kompleks Uşaq Gənclər İdman Məktəbinin və Gədəbəy rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin stolüstü tennis bölmələrindən 26 nəfər idmançı iştirak edib.
Yarışda I yerə İmamverdiyev Rəşad, II yerə Cəfərov Seymur, III yerə İbrahimov Əkbər layiq görülüb.
Yarışın sonunda qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayonu üzrə gənclər və idman sektoru tərəfindən diplom və medallarla mükafatlandırılıb.