Gədəbəy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektoru və Gədəbəy Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, aşağıda adları qeyd olunan idmançılar yüksək nəticə əldə ediblər.

Qızlar (2014-2015):

I yer Bağırova İlkanə İlkin qızı

II yer Məmmədova Zəhra Sərvan qızı

III yer Klinkova Darya Dimitriyevnov qızı

Oğlanlar (2012-2013):

I yer Məmmədhəsənov Əhlibeyt Rəşad oğlu

II yer Qasımlı Aydın Taleh oğlu

III yer Məmmədli Röyal Cabir oğlu

Oğlanlar(2014-2015):

I yer Abdullayev Qiyas Hafiz oğlu

II yer Hüseynov Ramin Vüqar oğlu

III yer Məmmədov Mübariz Münasib oğlu

Yarışın sonunda yüksək nəticə əldə etmiş idmançılara diplom və medallar təqdim olunub.