Gədəbəy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə 8 Noyabr “Zəfər günü”nə həsr olunmuş 16 yaşadək oğlan və qızlar arasında şahmar üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Gədəbəy rayon Respublika Kompleks Uşaq Gənclər İdman Məktəbinin və Gədəbəy rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin şahmat bölmələrindən 82 nəfər idmançı iştirak edib.

Aşağıda adları qeyd olunan idmançılar mükafata layiq yerlər tutub.

Qızlar :

I yer Allahverdiyeva Şəfa

II yer Bağırova İlkanə

III yer İbrahimova Mələk

Oğlanlar :

I yer Həsənov Anar

II yer Həsənov Pərviz

III yer Həşimli Fərid

Yarışın sonunda yüksək nəticə əldə etmiş idmançılara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən diplom və medallar təqdim olunub.