
Gədəbəydə şahmat turniri keçirilib
- 02 İyl 2025 09:00
- 49
Gədəbəy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində 16 yaşadək oğlan və qızlar arasında rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarış Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun, Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnir başlamazdan əvvəl hakimlər tərəfindən yarışın məqsədi və qaydaları iştirakçılara izah edilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə 61 şahmatçı iştirak edib. Qaliblər yaş qrupları üzrə diplom və medallarla təltif olunublar.