Gədəbəy Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gədəbəy Rayon Respublika Kompleks Uşaq Gənclər İdman Məktəbi, Gədəbəy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbi, Gədəbəy rayon Gənclər və İdman İdarəsi və Gədəbəy rayon Həmkarların təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirin açılışında iştirak edən RİH başçısı Orxan Mürsəlov ulu öndər Heydər Əliyevin gənclərə inamından, bu istiqamətdə gördüyü tədbirlərdən, eyni zamanda cənab Prezident İlham Əliyevin bu inamın gerçək olması üçün atdığı addımlardan və ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, iştirakçılara uğurlar arzulamışdır.

Turnirin qalibləri RİH başçısının Fəxri Fərmanı ilə mükafatlandırılmış və hədiyyələr təqdim edilmişdir.