
"Füzuli" bu səbəbdən I Diviziondan kənar qala bilər
- 21 Mar 2023 19:00
- 629
I Divizionda oynamağa real namizədlərdən biri də "Region Liqası"nın əsas favoritlərindən olan "Füzuli"dir. Hansı ki, çempion olacaqları halda I Diviziona buraxılacaqlarına dair AFFA-dan təminat alıblar.
Lakin Rekord.az xəbər verir ki, mövcud bir problem komandanın diviziona yolunu bağlaya bilər.
Məsələ stadionla bağlıdır. Çünki "Füzuli"nin divizion tələblərinə cavab verən stadionu yoxdur. Komanda yalnız Bakıda məskunlaşıb Bakıda ev oyunlarını keçirməlidir ki, bu da ikiqat xərc deməkdir. Bununla belə, bütün suallara may ayınfa aydınlıq gələcək.