Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 32-ci ildönümünə həsr olunmuş “Futbolda zərif güc” adlı könüllü gənc qızlar arasında mini-futbol yarışı keçirilib.

Rekord.az xəbər verir ki, məqsəd sağlam həyat tərzinin təşviqi, dostluq münasibətlərinin inkişaf etdirilməsi və gənc qızların idman fəaliyyətində fəal iştirakının dəstəklənməsi olub.

Yarışın nəticələrinə əsasən müvafiq olaraq I və II yerə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin “Ronaldolar” və eyni adlı komandaları, III yerə isə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin “Angels” komandası layiq görülüb. Qalib komandalara Regional İdarənin kubok, diplom və hədiyyələri təqdim olunub.