
"Futbolçumuzun orada əcnəbi hesab olunmaması üçün çalışmalar davam edir"
- 02 Fev 2022 17:15
- 472
Azərbaycanlı futbolçuların Türkiyədə əcnəbi statusunda oynamaması üçün müzakirələr davam edir.
Rekord.az-ın xəbərinə görə, bu haqda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Dövlətlər arasında müvafiq sazişlər imzalanır. Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilirik. Futbolçumuzun orada əcnəbi hesab olunmaması üçün çalışmalar davam edir. Söhbət təkcə futbolçudan getmir. Əmək müqaviləsi statusu və digər məsuliyyətlər də var. Yəni hüquqi baza da dəyişməlidir. Biz futbolçumuzun Türkiyədə, onların oyunçusunun isə bizdə yerli statusda oynamasına sevinərik” – deyə E.Məmmədov bildirib.