
“Futbolçuların milliyyətinə, pasportlarına baxmıram” – Dambrauskas
- 19:26
- 38
“Sabah” Azərbaycan Prrmyer Liqasının 2-ci turunda bu gün “Şamaxı”nın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məçqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Sabah” ailəsini, xüsusilə, futbolçularımı, Bakıdan gələn azarkeşləri, rəhbərliyi təbrik etmək istəyirəm. Çox-çox çətin oyun oldu. Bildiyim qədər artıq dörd ilə idi ki, biz burada qalib gələ bilmirdik. Mənim üçün bu qələbə çox xoş oldu. Rəqib çox çətin idi. Onu demək istəyirəm ki, bura gələn komandalar yüz faizini verməsələr, istədikləri nəticəni əldə edə bilməyəcəklər. Çox yaxşı müdafiə olunurlar. İlk dəqiqədə fərqləndik. Biz bunu həftə ərzində məşq etmişdik. Və nəticəsini də gördük.
Rəbiq ikinci hissədə möhtəşəm qolla fərqləndi. Amma mən şadam ki, biz bunun əvəzini çıxıb ikinci qolumuzu vurduq və qələbə qazandıq.
Heç vaxt Avropa oyunlarından sonra daxili çempionatlara köklənmək asan olmur. Fikirləşirsən ki, futbolçuların motivasiyası necə olacaq, daxili oyunlara necə reaksiya verəcəklər. Bunun üçün ilk növbədə nizam-intizamı yoluna qoymaq lazımdır. Bu gün biz çoxlu heçə-heçələri görürük. Mən fikirləşirəm ki, biz birlikdə böyüməliyik və bir yerdə irəliləməliyik.
Əlbəttə ki, belə halları görməkdən məmnun deyiləm. Oyunun gedişində futbolçularımın mübahisə etməsinin səbəbi daha yaxşı çıxış etmələri ilə bağlı idi. Amma artıq oyundan sonra onlar qucaqlaşdılar və düşünürəm ki, hər şey qaydasındadır.
Daha çox oyunçularımın məşqə necə yanaşmalarına baxıram. Onların milliyyətinə, pasportlarına baxmıram. Rəqiblərə uyğun heyəti formalaşdırıram, məşqdə çıxışlarına uyğun əsas heyət müəyyənləşdirirəm”.