17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq qapıçısı Eldar Tağızadə "Klermon"a keçib.

Rekor.az  xəbər verir ki, 18 yaşlı kiper Fransada yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, onun ilk peşəkar sözləşməsidir.

Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla, o, "Klermon"un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.

Eldar Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.

O, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənin oğludur. Vaxtilə milliyə də atasına görə çağırılıb. Elə olmasaydı, bir neçə oyunda meydana çıxardı.

Nə vaxt U-17-yə dəvət alıb, forma geyinməyib. Yəni, o qədər zəif olub ki, hətta atasına görə yığmaya dəvət alsa da, məşqçilər riskə gedib, ona şans verməyə utanıbdar.

"Fundacion Marcet"ə gəlincə, düşünməyin ki, bura İspaniyanın brend futbol akademiyasıdır. Adıçəkilən akademiya ödənişli əsaslarla fəaliyyət göstərir. Bura əsasən imkanlı ailələrin övladları götürülür.

Hər halda "Fundacion Marcet"də ödəmələr çox yüksəkdir – illik hardasa 30 min avrodan başlayır.
Elxan Tağızadə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun ən yaxın adamı kimi tanınır və qəbul olunur.

Onu ölkənin daxili futbol həyatına demək olar heç nə bağlamır. Ata Tağızadə əsasən millinin oyunlarında peyda olur və burada bəzi məsələlərə qarışır. (sportinfo.az)