Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, “qara qartallar” fransalı Valeryen İsmaellə rəsmi müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, baş məşqçi postunda Öndər Karavelini əvəzləyib. Karaveli bundan sonra komandanın məşqçilər korpusunda yer alacaq.