
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda
- 12:20
- 43
Fransa millisinin sabiq hücumçusu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.
Rekord.az xəbər verir ki, 35 yaşlı futbolçu "Sakaryaspor"la anlaşıb.
Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Ben Yederlə imzalanan müqavilənin detalları hələlik açıqlamayıb.
Ben Yedderin son klubu İranda "Sepahan" olub. O, "Tuluza", "Sevilya" və "Monako"da da çıxış edib.