Fransa millisinin daha bir futbolçusu millimizlə oyunu buraxa bilər
- 08 Okt 2025 14:20
- 125
Fransa millisinin daha bir futbolçusu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl son məşqdə iştirak etməyib.
Rekord.az-ın Fransaya ezam olunmuş müxbiri xəbər verir ki, İngiltərənin "Liverpul" klubundan heyətə cəlb edilən İbrahima Konate yüngül zədəsi olduğu üçün hazırlıq prosesinə qatılmayıb.
Daha əvvəl Kilian Mbappenin də məşqə qatılmadığı bildirilib. Hazırda millinin tibbi heyəti onların vəziyyətini qiymətləndirir.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını Azərbaycan yığmasına qarşı keçirəcək. Qarşılaşma oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.
Fransa və Polşaya səfər AFFA-nın təşkilatçılığı və "Misli"nin maliyyə dəstəyi ilə həyata keçirilir.