“Lill” 18 yaşlı yetirməsi Ayub Buaddi ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Ayubla yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki razılaşma isə 2027-ci ilin yayınadək idi.


Gənc yarımmüdafiəçi cari mövsüm Liqa 1 və Avropa Liqasında 18 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Buaddi Fransanın gənclərdən ibarət millisində 72 oyun keçirib.


Buaddiyə Fransanın çempionu PSJ və İngiltərənin “Çelsi” klubu maraq göstərir.