Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı
- 23:00
- 23
"Nant" Luis Kastronun baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı portuqaliyalı mütəxəssis köməkçiləri ilə birlikdə klubu tərk edib. O, 2025-ci ilin iyulundan "Nant"ın uğurları üçün çalışırdı.
Kastronun rəhbərliyi altında keçirilən 15 qarşılaşmada "Nant" 2 qələbə qazanıb, 5 heç-heçə edib, 8 dəfə uduzub.
15 matçdan sonra 11 xal toplayan "Nant" Fransa Liqa 1-in turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.