DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.


9 oktyabr

 

Fransa milli komandası

14:15. Mətbuat konfransı

20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

21:30. Mətbuat konfransı

22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.