Bakıda təşkil olunan Formula 2 üzrə Azərbaycan qran-prisinin qalibi bəlli olub.


Rekord.az xəbər verir ki, "Dams Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayıb.


"AIX Racing"dən Yoşua Dürksen ikinci, "Hitex TGR"dən Dino Beqanoviç üçüncü olub.


Yarış qəzasız ötüşməyib. Bolidlərdən biri səddə dəyib. "Trident" komandasından Martinius Stenşorn uğursuzluqla üzləşib. Onun avtomobili trasdan götürülüb.


Qeyd edək ki, Azərbaycan qran-prisi bu gün başa çatacaq. Formula 1-də əsas yarış saat 15:00-da başlayacaq.