“Forbes” Rusiyanın 50 ən məşhur ulduzunun siyahısını hazırlayıb.

Rekord.az xəbər verir ki, siyahıya bir neçə məşhur idmançı da düşüb.

Siyahı iki göstəriciyə görə tərtib olunub: Əldə olunan gəlir və sosial mediada populyarlıq.

Nəşrin araşdırmasına görə, Rusiyanın ən məşhur ulduzu Həbib Nurməhəmmədovdur. O nun ümumi reytinqi 89,04, illik gəliri isə 12 milyon dollardır.

Aleksandr Oveçkin 6-cı (52,21, 12,2 milyon dollar), “Zenit”in futbolçusu Artyom Dzyuba isə 9-cu pillədə (48,42, 5 milyon dollar) yer alıb.