Braziliyanın “Flamenqo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub İtaliya “Fiorentina”sında çıxış edən hücumçu Pedronu heyətinə qatıb.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu 2020-ci ilin sonuna kimi Braziliya təmsilçisinə icarəyə verilib.

“Flamenqo” 1 illik icarəyə görə “Fiorentina”ya 1 milyon avro ödəyəcək.

“Fluminense”nin yetirməsi olan braziliyalı futbolçu “Fiorentina”ya 2019-cu ildə transfer olunsa da, Florensiya klubunda möhkəmlənə bilməmişdi.