İtaliyanın “Fiorentina” klubu yeni loqosunu təqdim edib.

Rekord.az xəbər verir ki, Florensiya təmsilçisi bu barədə rəsmi “Tvitter” hesabında paylaşım edib.

A Seriyası klubu 2022/2023 mövsümündən etibarən yeni loqodan istifadə edəcək.

“Fiorentina” İtaliya A Seriyasında 29 oyundan sonra 47 xalla 8-ci pillədə qərarlaşıb.