
Final qəhrəmanları
- 03 İyn 2023 12:45
- 370
Azərbaycan Kubokunun 28 finalında 475 futbolçu iştirak edib.
Rekord.az xəbər verir ki, onlardan dördü daha çox – 6 belə matçda meydana çıxıb.
Rekordçular Mahmud Qurbanov, Denis Silva, Müşfiq Hüseynov və Cavid Hüseynovdur. Dörd futbolçu isə 5 finalda şans qazanıb. Maksim Medvedev, Rahid Əmirquliyev, Kamran Ağayev və Alim Qurbanov buna nail olan oyunçulardır.
İndiyədək 267 futbolçu finalda qalib olub. Mahmud Qurbanov və Maksim Medvedev rekordçulardır. Onlar hərəyə 5 dəfə finalda kubok qazanıb. Rəşad Sadıqov, Qara Qarayev, Denis Silva, Hüseyn Məhəmmədov, Füzuli Məmmədov və Füzuli Allahverdiyevin 4 belə uğuru var.