AFFA-nın təşkil etdiyi AFFA Region Liqasının 2022/2023-cü illər mövsümünün final qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb. 

Rekord.az xəbər verir ki, iyunun 4-də Tovuz şəhər stadionunda keçiriləcək “Çinar-Zəngilan" – “Qusar” qarşılaşmasında cari mövsümdə ilk dəfə VAR sistemi tətbiq ediləcək.

Region Liqası, final
4 iyun

 
“Çinar-Zəngilan" – “Qusar”
Tovuz şəhər stadionu. Saat 16:00
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev