FİFA dünya çempionatı ərəfəsində yeni tərəfdaşla müqavilə imzaladığını açıqlayıb.

Rekord.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası yer kürəsində maye qazın istehsalı üzrə liderlərdən biri olan “QatarEnergy” ilə anlaşıb.

FİFA prezidenti Canni İnfantino bununla bağlı açıqlama verib:

“Biz çox şadıq ki, “QatarEnergy” ilə müqavilə bağladıq, xüsusən də ərəb ölkəsində keçiriləcək ilk dünya çempionatı ərəfəsində. Bu şirkət bizim ideyalarımızı bölüşür.

Qətərdə keçiriləcək dünya çempionatı regionda futbolun inkişafına təsir edəcək.

Ən müasir stadionlarda futboldan həzz almaq üçün dünyanın hər yerindən bir çox millətlər və mədəniyyətlər bu ölkəyə gələcək”.

Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Bu, bir ərəb ölkəsində bu miqyasda ilk yarış olacaq.