
FİF bu planını təxirə saldı
- 20 Noy 2022 15:00
- 445
Futbolun İnkişaf Fondu (FİF) bəzi bölgələrdə şöbə açmaq planını təxirə salıb.
Rekord.az xəbər verir ki, sözügedən qurum fəaliyyətini bərpa edəndə açıqlamışdı ki, ən qısa zamanda Gəncədə, Tovuzda, Zaqatalada, Mingəçevir və Lənkəranda nümayəndəliyini açacaq.
Lakin planlaşdırılan digər işlər, o cümlədən sponsor tapılması yönündə aparılan fəaliyyət lazımı effekti vermədiyi üçün bölgələrdə nümayəndəlik açmaq məsələsi də arxa plana keçib.