
Fəxrəddin Manafov: "Uşaqlığımın komandası "Neftçi" olub" - MÜSAHİBƏ
- 11:00
- 73
Azərbaycan kinosunun canlı əfsanələrindən olan Fəxrəddin Manafov Rekord.az-a eksklüziv müsahibə verib:
- "Şamaxı" - "Sabah" oyununu canlı izlədiniz, Şamaxıya səfəriniz sırf futbolla bağlı idi, yoxsa təsadüfən bura gəldiniz?
- Bəli, sırf futbolla bağlı idi. İqor Ponomaryov köhnə dostlarımdandır. 2-3 gün öncə bir yerdə idik, məni bu oyuna dəvət etdi, mən də mənmuniyyətlə gəldim. Konkret azarkeşlik etdiyim klub yoxdur, ümumilikdı Azərbaycan futbolunun azarkeşiyəm. Həm də bildiyiniz kimi, mən Futbolun İnkişaf Fondunun (FİF) da idarə heyətinin üzvüyəm.
- Oyundan zövq ala bildiniz?
- Çox böyük zövq aldım. Xüsusilə azarkeşlərdən.
- Bundan sonra digər komandalarımızın da oyunlarına gedəcəksiniz?
- Harasa əlim çatırsa, mütləq gedirəm. Mən futbolun nəinki azarkeşiyəm, özüm də vaxtı ilə oynamışam. Həmçinin sənət adamıyam və bu mənada futbola həm də bədiilik tərəfindən baxıram. Futbol çox qəribə oyundur. O bizim uşaqlığımızın oyunu zaman-zaman gəlib olur profesional oyun our və uşaqlığımızı da özümüzlə aparırıq. Odur ki, yaşasın futbol, yaşasın futbolu inkişafd etdirənlər.
- Uşaqlığınızın komandası və futbolçusu kim olub?
- Komandası təbii ki, "Neftçi". Hətta 1967-ci ilin heyətini də deyə bilərəm: Bruxti, Boqdanov, Smolnikov, Semiqlazov, Hacıyev, onlardan sonra gələn nəsil var idi, mənim çox sevdiyim, dostum rəhmətlik Ruslan Abdullayev. Hansı ki, Olimpiya çempionu Bışovestlə birlikdə də işləmişdilər. Həmçinin mənim o vaxt qardaşımın Slovakiyada futbol komandası var idi, orada da məşqçi olmuşdu. Daha sonra gələn nəsil də çox maraqlı nəsil idi. Yaşar Vahabzadə, Maşalla Əhmədov, Vəli Qasımovla çox yaxınıq, Asim Xudiyevlə çox böyük dostluğum var. Ümumiyyətlə, futbol çox böyük bir xəzinədi, ailədi.
- Azəraycan futbolunun, çempionatının bugünkü səviyyəsi sizi qane edir?
- Yetər ki, mənim dostum, əzizim Qurban Qurbanovun adını çəkim. Çünki tək "Qarabağ"ın adı deyil, Azərbaycan futbolunun adıdır və bu yaxınlarda "Ferenstvaroş"la oyunun da şahidi olduq, gördük nələr elədilər. Sağ olsun Qurban, onun ordusu, mən ona "ordu" deyirəm və düşünürəm ki, zaman-zaman inkişaf edəcəyik və buna vaxt lazımdır. Heç nə birdən-birə qurulmur.
- Qeyd etdiniz ki, həm də FİF-in idarə heyətinin üzvüsünüz. Orada nə yenilik var?
- O yenilikləri bir gün gələrsiniz, Tural Piriyevdən soruşarsınız (gülür)
Anar XANLAROV