Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub.


Rekord.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5-0,5.


Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5-0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.