Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzya karyerasını Azərbaycanda davam etdirə bilər.

Rekord.az xəbər verir ki, bu barədə Fransanın ünlü “Ekip” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"la müqavilə imzalamağa çox yaxındır. Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2.5 illik müqavilə təklif edib. Benzya cari mövsüm komandasının heyətində meydana çıxmayıb.

Xatırladaq ki, Yassin Benzya Fransada Lion “Olimpik”i, "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbaxça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.