
"Fənərbaxça"nın futbolçusu iki ay oynamayacaq
- 02 Mar 2022 13:45
- 445
“Fənərbaxça”nın zədəli futbolçusu Fərdi Kadıoğlunun son durumu məlum olub.
Rekord.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 1,5-2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi İsmayıl Kartal yerli mətbuata açıqlamasında bildirib.
Fərdi Konfrans Liqasında “Slaviya”ya qarşı keçirilən səfər matçında (2:3) zədələnmişdi.