İcarə əsasında Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən yarımmüdafiəçi Bruma “Braqa” ilə yeni müqaviləyə imza atıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onun Portuqaliya təmsilçisi ilə yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Bruma 2022/23 mövsümündə “Braqa”nın heyətində 21 oyuna çıxıb, dörd qol vurub və altı məhsuldar ötürmə edib. O, İstanbul klubunun heyətində isə 5 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bruma karyerası ərzində “Sportinq”, “Qalatasaray”, “Qaziantepspor” (icarə), “Leyptsiq”, PSV və “Olimpiakos” kimi klublarda da forma geyinib.