“Fənərbaxça” futbolçusu Adil Rami ilə yolları ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami mövsümün əvvəlində “Fənərbaxça” ilə 1+1 illik müqavilə imzalamışdı. “Lill”, “Valensiya”, “Milan”, “Marsel” və “Sevilya”da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.