Türkiyə Superliqasında 37-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, "Fənərbaxça" evdə "Kasımpaşa" ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Fənərbaxça" hazırda turnir cədvəlində 72 xalla 2-cidir. Komanda lider "Beşiktaş"dan 3 xal geri qalır. "Kasımpaşa" isə 37 xalla 16-cıdır.

"Fənərbaxça" - "Kasımpaşa" - 3:2
Qollar:
 Valensiya, 15, Szalai, 40, Valensiya, 45+1 pen. - Hacradinoviç, 21, 82 pen.