"Fənərbağça" Avstriyanın “Zalsburq” klubundan Nene Dorgelesi transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.


22 yaşlı vingerlə 5 illik sözləşmə imzalanıb. Türkiyə klubu bu transfer üçün 18 milyon avro ödəyib.


Nene 2022-ci ildən Mali yığmasına cəlb olunur. O, millidə 24 oyuna 7 qol vurub.