Federasiyanın yeni baş katibi bu xanım oldu
- 30 Dek 2021 12:45
- 649
Azərbaycan Stolüstü Tennis Federasiyasında yeni təyinat olub.
Rekord.az xəbər verir ki, Könül Mikayılova İcraiyyə Komitəsinin iclasında baş katib təyin edilib.
Mikayılova 1984-cü ildən stolüstü tennislə məşğul olub. Milli komandanın üzvü 1997 - 2000-ci illərdə Suraxanı UGİM-də, 2000 - 2014-cü illərdə "Neftçi İSM-də məşqçi işləyib.
Federasiyada 2009-cu ildən fəaliyyət göstərən Mikayılova daha əvvəl təlimatçı və idman şöbəsinin müdiri vəzifəsində çalışıb.