Bu gün Bakı klubları arasında yeniyetmələrin (U-18) Azərbaycan Cüdo Federasiyası (ACF) Kubokuna yekun vurulub. Rekord.az xəbər verir ki, yarışlar başlamazdan öncə Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın üçüncü günündə yeniyetmə qızlar arasında 44 kq (5 iştirakçı), 57 kq (12 iştirakçı) və +70 kq (2 iştirakçı), yeniyetmə oğlanlar arasında isə 55 kq (89 iştirakçı), 73 kq (40 iştirakçı) və +90 kq (20 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyən edilib.

Yeniyetmə qızlar

44 kq

1. Qasımzadə Xumar (1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)
2. Sadıqova Çinarə (10 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nərimanov rayonu, Bakı)
3. Şahmarlı Dərya (2 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)

57 kq

1. Bayramova Gülnarə (1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)
2. İsgəndərli Fəridə (2 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)
3. Atayeva Leyla (Neftçi İdman Klubu)
3. Salmanova Aysu (Neftçi İdman Klubu)

+70 kq

1. Süleymanova Nigar (Neftçi İdman Klubu)
2. Sadıqova Jalə (Neftçi İdman Klubu)

Yeniyetmə oğlanlar

55 kq

1. İsmayılov Nicat (Respublika Kompleks İdman Məktəbi)
2. Süleymanlı Nicat (Respublika Kompleks İdman Məktəbi)
3. Nəcəfov Fikrət (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
3. Şərifov Xanəhməd (1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)

73 kq

1. Əliyev Süleyman (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
2. Hacızadə Əli (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
3. Şamil Tuncay  (10 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nərimanov rayonu, Bakı)
3. Tarquliyev Nahid (Neftçi İdman Klubu)

+90 kq

1. Əhmədov Ramazan (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
2. Bayramlı Elyar (Neftçi İdman Klubu)
3. Abbasov Fuad Anar oğlu (1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)
3. Sarıoğlu Zaur (Respublika Olimpiya İdman Litseyi)

Bakı klubları arasında U-18 yeniyetmələrin ACF Kubokunda ümumi nəticəyə görə 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (Nizami rayonu, Bakı) 1-ci yerə, 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi 2-ci yerə və Neftçi İdman Klubu 3-cü yerə layiq görülüblər və müvafiq kuboklarla təltif ediliblər.