“Sabah” Misli Premyer Liqasının 25-ci turunda bu gün “Sumqayıt”ı qəbul edib.


Rekord.az xəbər verir ki, 3:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Damdrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyunçularının çıxışından razı qaldığını bildirib:


“Mən oyunçulardan fasilədə (milli komandalara görə) futbolla bağlı heç nə tələb etməyəcəm. Ümumiyyətlə, futbolu unutmalarını istəyəcəm. Sırf ailələri ilə vaxt keçirsinlər. Döndükdən sonra isə gələn həftədən məşqləri bərpa edib, növbəti oyunlara hazırlaşacağıq. Mənim komandam hazırda yaxşı formadadır.


Özüm Litvada olacam. İstərdim ki, fasilə heç olmasın. Çünki qayıtdıqdan sonra bu fasilə bizə heç də yaxşı təsir etmir. Hazırda komandam inamlı təsir bağışlayr. Amma fasilədən qayıtdıqdan sonra yaxşı hazırlaşmalıyıq. Bizi “Qarabağ”la çətin oyun gözləyir”.