Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin səhhətində problem yaranıb.

Rekord.az xəbər verir ki, 62 yaşlı mütəxəssis ürəyindən müalicə olunmaq üçün Türkiyəyə yollanıb.

Federasiyanın mətbuat xidmətindən bildirilib ki, Faiq Qarayev Türkiyədə müayinədən keçib və səhhətində o qədər də ciddi problemlər yoxdur.

Yaxın günlərdə Azərbaycana qayıdacaq.

Onun istefası ilə bağlı söz-söhbətlər isə doğru deyil. Faiq Qarayev Azərbaycana qayıdandan sonra vəzifəsini yerinə yetirəcək.