Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Polşa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun firmasını geyindiyi "Radomka" 22-ci turda "Chemik"lə üz-üzə gəlib.

Səfərdə baş tutan görüş Rita və rəfiqələri üçün uğursuz alınıb. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesablı məğlubiyyətlə barışmalı olub.

"Radomka"nın xalsız qaldığı oyunda yığmamızın üzvü 8 dəfə fərqlənib. Əzizova bu xallardan 5-ni hücumda, 2-ni eyslə, 1-ni isə blokda qazanıb.