Fransanın “Lill” klubu qapıçı Lyuke Şevalyenin əvəzinə yeni qolkiperlə anlaşıb.


Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Türkiyənin “Eyüpspor” klubundan Berke Özerin transferini rəsmən açıqlayıb.


Tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıb. Transfer məbləği 4,5 milyon avro təşkil edib.


Türkiyəli qapıçı ötən mövsüm 34 oyunda iştirak edib və 44 qol buraxıb.