
Evi qarət olunan "Kəpəz"in futbolçusundan açıqlama
- 23 Apr 2022 13:00
- 515
U-21 millimizin sabiq üzvü, "Kəpəz"in futbolçusu Nicat Süleymanlının evinin qarət edildiyini xəbər vermişdik.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisinin Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən həyət evinə oğru girib və mənzildəki bütün qızıl-zinət əşyalarını aparıb.
Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır. Son durumu öyrənmək üçün Nicatla əlaqə saxladıq:
"Oğurluq işi polisdədi. Müsbətə doğru gedir. Yəqin bir həftə ərzində hər şey bilinəcək. Bəzi məlumatlar əldə etmişik, təsdiqlənməsini gözləyirik".
Nicatdan "Kəpəz"ın divizionda çıxışına da reaksiya aldıq:
"Uğursuzluq zolağına düşmüşdük. Komandanın özünə gəlməsi üçün qələbə vacib idi. Şükür ki, yaxşı oyunla bunu bacardıq. İnanıram ki, bundan sonra hər şey daha yaxşı olacaq". ("Futbol plus")